Hakimə yumruq atan futbolçu saxlanılıb

Türkiyə həvəskər liqasında xoşagəlməz hadisə yaşanıb.

Sportline.az Habertürk saytına istinadən xəbər verir ki, Sivasda  ‘İmranlıspor” ilə “Cümhuriyyet Universiteti Futbol Klubu” arasında keçirilən həvəksar oyunda hakimə yumruq atan “Cumhuriyyet Universiteti Futbol Klubu”nun  kapitanı Emre Uyanık polis tərəfindən saxlanılıb.

Rəqib komanda oyunçusunun meydanı gec tərk etməsinə etiraz edən futbolçu hakimin qırmızı vərəqə göstərməsindən sonra ona hücum edərək üzünə yumruq zərbəsi endirib.
Ədliyyəyə sövq edilən Emre Uyanık “dövlət işçisinə qəsdən xəsarət yetirmək” ittihamı ilə məhkəmə tərəfindən həbs edilib.

Qeyd edək ki ,matç 68-ci dəqiqədə “İmranlıspor” komandası 3-0 irəlidə olarkən təxirə salınıb.