Hakimə yumruq atan klub prezidentinin məhkəməsi olacaq

Hakimə yumruq atan klub prezidentinin məhkəməsinin keçiriləcəyi tarix məlum olub.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Halil Umut Melerə "Çaykur Rizespor" "Ankaragücü" görüşündə yumruq atan Faruk Kocanın məhkəməsi iyunun 26-na təxirə salınıb. 

Türkiyə Futbol Federasiyası klub prezidentinin minimum 6 il həps cəzasını tələb edib. 

Qeyd edək ki, Faruk Koca Halil Umut melərə xəta yetirdiyi üçün vəzifəsindən azad edilib və polis tərəfindən saxlanılıb.