Hakimin üstünə cuman oyunçunun cəzası məyyənləşdi

Belarus Futbol Federasiyasının İntizam Komitəsi Brest "Dinamo"sunun futbolçusu Yevgeni Xaçeridini 5 oyunluq cəzalandırıb.

Sportline.az xəbər verir ki, buna ukraynalı müdafiəçinin yerli çempionatın V turunun "Vitebsk"lə səfər oyunundan (0:1) sonra görüşün baş hakimi Sergey Çistovu vurmaq istəməsi səbəb olub.

"Pressbol" nəşrinin yazdığına görə, referi oyun ərzində qonaq komandanın iki üzvünə - Qabi Kiki və Xaçeridiyə qırmızı vərəqə göstərib. Final fitindən sonra 33 yaşlı oyunçu hakimin üstünə hücum çəkib.

S.Çistovu təhqir edən "Dinamo"nun masajçısı Sergey Lapiçki isə 3 oyunluq diskvalifikasiya olunub.

Qeyd edək ki, Belarus çempionatı hazırda koronavirus pandemiyasına baxmayaraq, Avropada davam edən yeganə futbol yarışıdır. "Vitebsk" 10 xalla 3-cü, "Dinamo" isə 7 xalla 8-ci pillədə qərarlaşıb.

 

 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.