"Hall Siti"nin futbolçusu Avropa klublarının maraq dairəsinə düşüb

"Hall Siti"nin 22 yaşlı futbolçusu Avropa klublarının maraq dairəsinə düşüb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Acun Ilıcalının sahibi olduğu "Hall Siti" klubunda çıxış edən inigltərəli sol cinah hücumçusu Cedin Filoqini hazırda Avropa nəhənglərinin transfer etmək istədiyi futbolçuya çevrilib.

"Hall Siti" klubu gənc futbolçunu "Aston Villa" klubundan 5,7 milyon avro qarşılığında transfer etmişdi. 

Qeyd edək ki, Cedin Filoqini bu mövsüm "Hall Siti" forması ilə çıxdığı 20 oyunda 8 qol, 6 asistlə yadda qalıb.