Hans Flik: “Çempionlar Liqasını qazana bilərik”

“Barselona” klubun baş məşqçisi Hans Flik Diter “Monako” matçı öncəsi mətbuat konfransı keçirib. 

Sportline.az xəbər verir, almaniyalı mütəxəssis jurnalistlərlə söhbətdə iddialı fikirlər səsləndirib.

“Çempionlar Liqası dünyanın ən yaxşı yarışıdır. "Barselona" kimi böyük klublar da belə turnirlərdə titullar qazanmaq istəyir. Ən yaxşılara qarşı uğurla çıxış etməyə çalışırıq. Düşünürəm ki, bu mövsüm Çempionlar Liqasını qazanmaq şansımız var”.

Qeyd edək ki, “Monako” – “Barselona” matçı bu gün saat 23:00-da start götürəck.