Harri Keyn 3-cü pillədə
Avro-2020-nin yarımfinal oyunlarından sonra bombardirlər siyahısında dəyişiklik olub.
Sportline.az xəbər verir ki, Danimarka ilə matçda (1:2) qol vuran İngiltərə millisinin hücumçusu Harri Keyn siyahıda 3-cü pilləyə yüksəlib. Turnirdə 4 dəfə fərqlənən 27 yaşlı futbolçu daha 1 qol vuracağı təqdirdə, ən yaxşı bombardir Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldoya (5 qol, 1 qol ötürməsi) çatacaq.
Keyn finala çıxan futbolçular siyahısında bombardirliyə ən yaxın olan oyunçudur.
Avro-2020-nin ən yaxşı bombardirləri
1. Kriştiano Ronaldo (Portuqaliya) - 5 qol (4 matç)
2. Patrik Şik (Çexiya) - 5 qol (5 matç)
3. Harri Keyn (İngiltərə) - 4 qol (6 matç)
4. Romelu Lukaku (Belçika) -4 qol (5 matç)
5. Kərim Benzema (Fransa) - 4 qol (4 matç)
6. Emil Forsberq (İsveç) - 4 qol (4 matç)
7. Cerdan Şakiri (İsveçrə) - 3 qol (5 matç)
8. Corcinyo Veynaldum (Niderland) - 3 qol (4 matç)
9. Robert Levandovski (Polşa) - 3 qol (3 matç)
10. Kasper Dolberq (Danimarka) - 3 qol (3 matç)
11. Haris Seferoviç (İsveçrə) - 3 qol (4 matç)