Harri Keyn özünə villa alıb

"Bavarya"nın hücumçusu Harri Keyn Almaniyada dəb-dəbəli həyat yaşayır.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, ingiltərəli futbolçu Lukas Hernandesə məxsus olan villanı alıb. Ailəsi ilə oteldə qalan Harri Keyn yeni evinə köçüb.

30 yaşlı hücumçunun villa almasından sonra Almaniya mediasında futbolçunun uzun illər "Bavarya"da qalacağı xəbərləri yayılıb.

Qeyd edək ki, Harri Keyn bu mövsüm "Bavarya" forması ilə çıxdığı 18 oyunda 22 qol, 7 asistlə yadda qalıb.