Harri Maquayer ayın ən yaxşı futbolçusu seçildi

"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayer İngiltərə Premyer liqasında noyabr ayının ən yaxşı futbolçusu seçilib.

Sportline.az Sportx.com.tr-yə istinadla xəbər verir ki, uzun müddət azarkeşlərin tənqidinə məruz qalan müdafiəçi keçmiş performansını bərpa edib. 

Harri Maquayer "Mançester Yunayted" forması ilə ümumilikdə 186 oyunda meydana çıxıb. 8 qol, 6 asistlə yadda qalıb.

Qeyd edək ki, müdafiəçi 2019-cu ildə "Lester Siti"dən  "Mançester Yunayted"ə transfer olunmuşdu.