Həftənin ən yaxşısı açıqlandı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu ada "Latsio"nun hücumçusu Çiro İmmobile layiq görülüb.

Bu haqda UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 33 yaşlı forvard qrup mərhələsinin 5-ci turunda "Seltik"in qapısından iki top keçirib.

İmmobile səsvermədə Fil Foden Joao Mariu və Hakim Ziyeşi üstələyib.