Həftənin oyunçusu - Qaleno

“Portu”nun hücumçusu Qaleno Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

Sportline.az xəbər verir ki, 25 yaşlı braziliyalı Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Şaxtyor”la oyunda (3:1) iki qol vurub və bir məhsuldar ötürmə edib.

Qalenodan başqa, həftənin ən yaxşı oyunçusu adına Joao Feliks (“Barselona”), Cud Bellinqem (“Real”) və Martin Odeqard (“Arsenal”) da namizəd olub.

Bu mövsüm forvard "Portu"nun heyətində bütün turnirlərdə 7 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.