Holan daha bir rekorda imza atdı

"Mançester Siti"nin forvardı Erlinq Holann rekordları sıralamaqdadır.

Sportline.az xəbər verir ki, norveçli futbolçu pərəstişkarlarını növbəti dəfə UEFA Çempionlar Liqasının ötən gecəki oyununda sevindirib.

"Leypsiq"in qapısına yol tapan Holann bu tirnirdə keçirdiyi 35-ci matçında 40-cı qolunu vurub.

Erlinq bununla Çempionlar Liqasında ən tez 40 qol səddinə çatan futbolçu olub. 

Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm mançesterlilərin heyətində meydana çıxdığı 20 oyunda 19 qol və 4 asist müəllifidir.