Holand "ən yaxşı" seçildi

“Qızıl top”un təltifetmə mərasimində “Gerd Müller” mükafatının sahibi açıqlanıb.

Sportline.az xəbər verir ki, bu titula İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holann sahib çıxıb.

Norveçli ilin ən yaxşı hücumçusu seçilib. O, bu müddət ərzində 56 qolla yadda qalıb.

Qeyd edək ki, ötən il bu mükafat İspaniyanın “Barselona” klubunun polşalı forvardı Robert Levandovskiyə təqdim olunub.