Məşhur futbolçu 6 il müddətinə azadlıqdan məhrum edilib

Moskva “Spartak”ının oyunçusu Kvinsi Promes Hollandiyada 6 il müddətinə azadlıqdan məhrum edilib.

Sportline.az xəbər verir ki, məhkəmə onu kokain qaçaqmalçılığında təqsirli bilib.

Hakimin sözlərinə görə, futbolçu 1362 kq-lıq narkotik vasitələrinin Avropa Birliyinə daxil olmasına şərait yaradıb.

Kokain 2020-ci ildə Belçikanın Antverpen limanında polis tərəfindən ələ keçirilib.

Müstəntiqlərin fikrincə, Promes bunda həlledici rol oynayıb.

Futbolçu özü məhkəmə iclasında iştirak etməyib və Niderland prokurorluğu onun Rusiyadan ekstradisiyasına nail ola bilməyib.

Qeyd edək ki, cari mövsümdə “Spartak”ın heyətində 21 oyunda iştirak edən Promesin aktivində 8 qol, 8 məhsuldar ötürmə var.