Hollandiya millisinin AVRO 2024 üçün heyəti açıqlanıb

Hollandiya millisinin mətbuat xidməti 2024-cü il Avropa çempionatı üçün heyətin yekun tərkibini açıqlayıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Hollandiya millisinin 26 nəfərlik heyəti aşağıdakı oyunçulardan ibarətdir.

Qapıçılar: Bart Verbruqqen, Mark Flekken, Jastin Beilo.

Müdafiəçilər: Nathan Ake, Deyli Blind, Matias de Lixt, Virgil van Deyk, Lutşarel Qertreida, Ceremi Frimpong, Stefan de Vrij, Denzel Dumfris, Miki van de Ven.

Yarımmüdafiəçilər: Jorjinyo Viynaldum, Yoei Verman, Ryan Gravenberx, Frenki de Yonq, Teon Kopmeyners, Teyani Reynders, Yerdi Şuten.

Hücumçular: Steven Berqvayn, Brayan Brobbi, Vout Veqorst, Memfis Depay, Donyell Malen, Xavi Simons.

Qeyd edək ki, Hollandiya millisi turnirdə Fransa, Avstriya və Polşa ilə birgə D qrupunda mübarizə aparacaq.