İbrahim Üzülmez Super Liqaya qayıda bilər

Beşiktaşın keçmiş futbolçusu  İbrahim Üzülmez Türkiyə Liqasında işləyə bilər.

Sporline.az xəbər verir ki, “Pendikspor”da baş məşqçi İvo Viera ilə yolların ayrılacağı və onun  yerinə İbrahim Üzülməzin getiriləcəyi iddia edilir.

Portuqaliyalı mütəxəssis “Pendikspor”la çıxdığı 19 görüşdə 6 qələbə , 4 bərabərlik , 9 məğlubiyyətlik performans göstərib.

Qeyd edək ki, Üzülmez daha əvvəl “Elazığspor”, “Gənclərbirliyi”, “Rizespor”, “Bursaspor’, “Ankaragücü” və son olaraq ‘Eyüpspor” komandalarında çalışıb.11 aydır işsiz olan məşqçi “Eyupspor”la 1.94 xal ortalaması əldə etmişdi.