İbrahim Yattara yenidən yaşıl meydanlara qayıdıb
"Trabzonspor" klubunun keçmiş futbolçusu İbrahim Yattaranın yeni komandası bəlli olub.
Sportline.az xəbər verir ki, İbrahim Yattara daha öncə futbolçuluq karyerasını başa vurduğunu açıqlasa da yenidən yaşıl meydanlara dönmək qərarına gəlib.
Qvineyalı futbolçu həvəskarlar liqasında çıxış edən "İmranlıspor" klubu ilə razılaşıb.
Qeyd edək ki, İbrahim Yattara daha öncə "Trabzonspor" və "Mersin İdman Yurdu" klublarının şərəfini qoruyub.