İdmançımız dünya seçməsinə dəvət alıb
FIDE Azərbaycan millisinin üzvü, Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadəni dünya seçməsinə dəvət edib.
Azərbaycan Şahmat Federasiyasından Sportline.az-a verilən məlumata görə, qrossmeyster Astana şəhərində Qazaxıstan seçməsinə qarşı yoldaşlıq görüşü üçün dəvət alıb.
Qarşılaşma aprelin 7-dən mayın 1-dək Astanada keçiriləcək çinli Dinq Lirenlə rusiyalı Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda oyuna həsr olunacaq.
Məmmədzadə ilə yanaşı dünya komandasında Hou Yufan, Nana Dzaqnidze və digər tanınmış şahmatçılar çıxış edəcəklər.
Qeyd edək ki, yoldaşlıq görüşü 17-19 aprel tarixlərində olacaq.