İdmançımız erməni rəqibini nokauta saldı
Karateçimiz Rafiz Həsənov Rusiyanın paytaxtında keçirilmiş “Moscow – Karate Universe” beynəlxalq turnirində Ermənistanın ən yaxşı karateçisi Davit Makyana 5:0 hesabı ilə qalib gəlib.
Sportline.az xəbər verir ki, idmançımız turnirin yalnız finalında yerli idmançı Ernest Şarofutdinova məğlub olaraq yekunda gümüş medal qazanıb.
15 ölkədən 307 idmançının mübarizə apardığı turnirə 11 karateçi ilə qatılan Azərbaycan seçməsi 6 mükafat əldə edib.
Asiman Qurbanlı (+84 kq) yarışın qalibi olub. Rafiz Həsənov (75 kq) ikinci yeri tutub. Roman Heydərov (kata), Əminağa Quliyev (60 kq), Hüseyn Məmmədli (67 kq) və Pənah Abdullayev isə fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.