İkardi Avropa nəhənginin hədəfində

Mauro İkardi yaxın vaxtlarda "Qalatasaray"ı tərk edə bilər.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, argentinalı ulduz karyerasını İspaniyada davam etdirməyə yaxındır.

"Qalatasaray"dakı mükəmməl oyunla bir çox klubların transfer siyahısına düşən hücumçu ilə Madrid "Real"ının ciddi maraqlandığı bildirilir.

Mənbənin yaydığı məlumata görə, bu haqda nüfuzlu TuttoMercatoWeb səhifəsi xəbər yayıb.

Kərim Benzemanın gedişi ilə hücum xəttində istədiyini tam ala bilməyən Madrid təmsilçisinin ilk fürsətdə bu transferi reallaşdırmağa çalışacağı deyilir.