İkardi ilə Aktürkoğlunun uğursuz penalti planının səbəbi açıqlanıb
Kərəm Aktürkoğlu və İkardinin penaltı məsələsinin təfərrüatı ortaya çıxıb.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, İstanbul nəhənginin çalışdırıcısı Okan Buruk media nümayəndələrinə açıqlamasında “İkardi və Kərəm bu penaltı üzərində çoxdan çalışırlar. Əslində “Fənərbağça” ilə ötən mövsümün son oyunu üçün nəzərdə tutulmuş bir idea idi. 3-0 hesabı ilə qalib gəldiyimiz oyunda penalti epizodu yaransaydı futbolçular eyni cür davranacaqdılar”, - deyib.
Qeyd edək ki, “İstanbulspor”la görüşdə Kərəm Aktüroğlu topun arxasına keçsə də topu Mauro İkardiyə ötürmüşdü. Argentinalı forvard isə fürsəti qaçırmışdı.