İkardi İtaliya nəhənginin hədəfində

İtaliyanın “Milan” klubu "Qalatasaray"ın ulduzu Mauro İkardinin xidmətində maraqlıdır.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “İnter”, “Roma” və “Yuventus”un İkardini trtransfer etmək istədiyi ilə bağlı xəbərlər təkzib edildikdən sonra yeni gündəm yaranıb.

Türkiyə və İtaliya mediasında 30 yaşlı hücumçunun qış transfer pəncərəsində “Milan”a keçəcəyi haqqında xəbərlər yayılıb.

Qeyd edək ki, Mauro İkardi “Qalatasaray”da uzun müddət oynamaq istədiyini bildirib.