İkardi "Qalatasaray"dan ayrılmaq istəyir

"Qalatasaray" fanatlarının sevimlisi Mauro İkardi mövsümün sonunda komandadan ayrıla bilər.

Sportline.az xəbər verir ki, bu iddia ilə Yunanıstan mətbuatı çıxış edib.

Yayılan xəbərlərə görə, argentinalı forvard iki ildir formasını geyindiyi komanda ilə yolları ayırmağı planlaşdırır. 

Buna səbəb kimi onun İstanbulda artıq sıxıldığı göstərilir.

Argentinalının klub rəhbərliyi ilə razılaşdığı da deyilir.

Klubla müqaviləsi olan futbolçu 9 milyon avro ödəməklə sərbəst qalma hüququna yiyələnəcək.