İkardidən maraqlı açıqlama

"Qalatasaray"dakı uğurlu çıxışı ilə diqqət çəkən Mauro İkardi fanatların sevimlisinə çevrilib.

Sportline.az "Fanatik"ə istinadla xəbər verir ki, argentinalı forvard bu günlərdə komandanın azarkeşlərini sevindirəcək açıqlama ilə gündəmə gəlib.

Belə ki, o, qatıldığı verilişlərin birində "Qalatasaray"ın əfsanəsinə çevrilmək istədiyini bildirib.

Qeyd edək ki, PSJ-dən 10 milyon avroya transfer olunan Mauro yeni klubu ilə 3 illik müqavilə bağlayıb.

Onun mövsümə 6 milyon avro qazanacağı açıqlanmışdı.