İkardinin "Bavariya" ilə oyundakı əvəzləyicisi müəyyənləşib

“Beşiktaş”la oyunda zədələnən Mauro İkardini “Bavariya” ilə matçda əvəzləyəcək futbolçunun adı açıqlanıb.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, baş məşqçi Okan Buruk “Bavariya” ilə görüşdə İkardini Barış Alper Yılmazla əvəzləyəcək. 

“Qalatasaray” klbunun həkimləri argentinalı futbolçunun 3 həftə yaşıl meydanlardan uzaq olacağını bildiriblər.

 Qeyd edək ki, Okan Buruk Barış Alpər Yılmaza güvəndiyini və İkardinin yoxluğunu hiss ettirməyəcəyini deyib.