İkardinin yerinə sürpriz futbolçu
"Qalatasaray"ın baş məşqçisi Okan Burukun qayğılı günləridir.
Sportline.az xəbər verir ki, İstanbul nəhənginin sabah "Konyaspor"la oyunda hücumçu problemləri var.
İkardinin zədəli olması, Bakambunun Afrika Millətlər Kuboku ilə əlaqədar millinin düşərgəsinə yönəlməsi məşqçilər korpusunun işini çətinləşdirib.
Fanatik.com.tr saytının yaydığı məlumata görə, sabahkı görüşdə hücum xəttində Halil Dərvişoğluna güvəniləcək.
Qeyd edək ki, Halil Dervişoğlu bu mövsüm 8 oyunda cəmi 50 dəqiqə meydanda olub.