İki cüdoçumuz fəxri kürsüdə

Qadın cüdoçumuz İrina Kindzerska "World Masters” turnirində gümüş medal qazanıb.

Sportline.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı finalda fransalı Romana Dikkonu sınağa çəkib və rəqibinə ipponla uduzub.

Qeyd edək ki, daha əvvəl 100 kq-da yarışan Zelim Kotsoyev finalda məğlub olaraq, gümüş medal əldə edib.