İki döyüşə 11 milyon dollar qazandı
UFC-nin ağır çəkili sabiq çempionu Brok Lesnarla (5-3) bağlı maraqlı faktlar üzə çıxıb.
Sportline.az xəbər verir ki, onun 2011-ci ildə Alistar Overim (47-19) və Mark Hunt (13-14) ilə döyüşlərə görə ümumilikdə 11 milyon dollar qazandığı haqda məlumat yayılıb.
Əslində bu, UFC səviyyəsində normal məbləğdir.
Məsələ ondadır ki, Lesnar 2011-ci ildə birinci raundda Overimə texniki nokautla məğlub olmuşdu.
Beş il sonra UFC 200-a qayıdan və hakimlərin yekdil qərarı ilə Hunta qalib gələn Lesnarın bu nəticəsi isə sonradan ləğv edilmişdi.
Buna isə onun dopinq testinin müsbət nəticələnməyi səbəb olmuşdu.
Beləliklə sözügedən döyüşçünün məğlub olduğu və nəticəsi məlum səbəbdən ləğv edilən döyüşlərə görə 11 milyon dollara sahib çıxması maraqla qarşılanıb.