İlham Əliyev türkiyəli atletləri “Tərəqqi” medalı ilə təltif etdi

Prezident İlham Əliyev Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında medal qazanan türkiyəli atletlər – Cansu Bektaş, Qamze Altun və Nuray Güngöri “Tərəqqi” medalı ilə təltif edib.

Sportline.az xəbər verir ki, ölkə başçısı bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, sözügedən türkiyəli idmançılar İrəvanda qazandıqları medalları Azərbaycana həsr etdiklərini yarışdan dərhal sonra verdikləri müsahibələrdə açıqlamışdılar.