"İmişli" klubunun yeni loqosu təqdim olunub
"İmişli" Futbol Klubunun yeni loqosu təqdim olunub.
Sportline.az “Report"a istinadən xəbər verir ki, təqdimat mərasimi bölgə təmsilçisinin planları və strategiyası ilə bağlı təşkil olunan mətbuat konfransında gerçəkləşib.
Loqodakı pələng güc və iradə, qalxan müdafiə və birlik anlamına gəlir. Göy rəng Araz çayı və dərinlik, qızılı rəng isə məhsuldarlıq, dəyər deməkdir.
Tədbirdə çıxış edən klubun icraçı direktoru Aqşin Mürsəlov bildirib qaşıdakı mövsümdə ilk "6-lıq"da yer almaq istəyirlər: “Ötən mövsüm hədəfimizə nail olmuşduq. Bəzi insanlar çempionatı tərk edəcəyimizi düşünürdülər. Amma komanda gözləntiləri doğrultdu".
Onun sözlərinə görə, “İmişli" 2026/2027 mövsümündə ev oyunlarını Yevlax şəhər stadionunda keçirməyi planlaşdırır:
"Yevlax şəhər stadionu standartlara uyğundur. Ötən mövsüm ev oyunlarımızı Qubada keçirdik. Orada çox əziyyət çəkdik. İmişlidəki stadionla bağlı isə razılığa gələ bilmirik. İndi orada fəaliyyət yoxdur. Özümüzə stadion tikmək niyyətindəyik. Mövsümün əvvəlində bir az çətinliyimiz ola bilər. Amma bunu aradan qaldıracağıq".