İnfantino "avtobus" qalmaqalını pisləyib

FIFA prezidenti Canni İnfantino "Marsel" azarkeşlərinin "Lion" klubunun avtobusuna hücumuna rəy bildirib.

Sportline.az xəbər verir ki, qurumun rəhbəri bu barədə sosial şəbəkədə yazıb.

“Futbolda həm meydanda, həm də meydandan kənarda zorakılığa yer yoxdur. Marseldə baş verən hadisələrin nə idmanımızda, nə də cəmiyyətimizdə yeri yoxdur. Mən səlahiyyətli qurumları müvafiq tədbirlərin görülməsini təmin etməyə çağırıram”, - deyə İnfantino qeyd edib.

Qeyd edək ki, ötən gün stadiona gedən "Lion"un avtobusuna naməlum şəxslər tərəfindən daşla hücum olub. Nəticədə "Lion"un baş məşqçisi Fabio Qrosso üzündən xəsarət alıb. Qarşılaşma isə təxirə salınıb.