İnfantinodan terror aktına reaksiya

FIFA prezidenti Canni İnfantino Belçikada baş verən terror aktı ilə bağlı paylaşım edib.

Sportline.az xəbər verir ki, funksioner sosial şəbəkədə iki isveçli azarkeşin ölümü ilə yekunlaşan hadisə ilə bağlı başsağlığı verib.

“Brüsseldə Belçikanın İsveçi qəbul etdiyi stadionun yaxınlığında iki isveçlinin faciəvi şəkildə həlak olması məni çox sarsıtdı və kədərləndirdi. FIFA və futbol ictimaiyyəti adından həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - deyə İnfantino sosial şəbəkələrdə yazıb.