İngiltərə çempion olsa...

İngiltərə Parlamentinin saytında ölkənin futbol yığmasının Avropa çempionatını qazanacağı təqdirdə, əlavə bir istirahət günü istənilən petisiya yayımlanıb.

Sportline.az xəbər verir ki, hazırda  60 mindən çox insan petisiyanı imzalayıb. Təşəbbüs 100 min imza toplayarsa, parlament bu məsələyə baxmağa borclu olacaq.

Xatırladaq ki, İngiltərə yarımfinalda Danimarkaya 2:1 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Avropa çempionatının finalına yüksəlib. Komanda həlledici matçda iyulun 11-i İtaliya ilə qarşılaşacaq.