İngiltərə klubları "Bavariya"nın futbolçusu ilə maraqlanırlar

İngiltərə klubları"Bavariya"nın futbolçusunun trasnferində maraqlıdırlar.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "Mançester Siti" və "Liverpul" klubu almaniyalı 20 yaşlı yarımmüdafiəçi Camal Musiala ilə maraqlanırlar.

"Bavariya" rəsmiləri isə futbolçu ilə bağlı qərarı mövsüm sonunda verəcəklərini bildiriblər.

Qeyd edək ki, Camal Musiala bu mövsüm "Bavariya" forması ilə çıxdığı 25 oyunda 7 qol, 3 asistlə yadda qalıb.