İngiltərə kubundan "Beşiktaş"a

"Beşiktaş" yeni transferə hazırlaşır.

Sportline.az "Sky Sports"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Nyukasl"dan ayrılan Deandre Yedlini transfer etmək üzrədir. "Ağ-qaralar" ABŞ millisinin üzvü ilə böyük ölçüdə anlaşıb. 27 yaşlı futbolçunun tezliklə Türkiyəyə gəlib, tibbi müayinədən keçəcəyi gözlənilir.

Yedlin 2016-cı ildə 5,9 milyon avroya "Tottenhem"dən "Nyukasl"a keçmişdi.