İngiltərə millisinə şok xəbər
İngiltərə millisinin futbolçuları Harri Maquayr və Cek Qriliş AVRO 2024-də olmayacaqlar.
Sportline.az The Athleticə istinadla xəbər verir ki, İngiltərənin baş məşqçisi Qaret Sautqeyt bu 2 futbolçunu millinin yekun heyətinə daxil etməmək qararına gəlib.
Millinin mətbuat xidmətindən verilən məlumata görə Maquayr baldırındakı zədəyə görə əsas heyətə daxil edilməyib.
Qrilişin isə performansı 53 yaşlı çalışdırıcını məmnun etməyib.
Qeyd edək ki, İngiltərə seçməsi AVRO 2024-də Danimarka, Sloveniya və Serbiya ilə eyni qrupda mübarizə aparacaq.