İngiltərə Premyer Liqasında daha bir rekord qeydə alınıb

2024-cü ilin fevral ayı Premyer Liqada ən çox qolun vurulduğu ay kimi yaddaşlara düşüb.

Sportline.az Optanın məlumatına istinadla xəbər verir ki, fevral ayı keçirilən 42 oyunda 158 qol vurulub.Bu Premyer Liqa tarixində bir ayda  oyun başına ən yüksək qol ortalamasıdır (3.8).

Qeyd edək ki, 26 həftəsi geridə qalan İngiltərə Premyer Liqasının ən məhsuldar komandası 63 qolla Liverpuldur.Qırmızıları 62 qolla Arsenal təqib edir.