Ingiltərə Premyer Liqasında fevral ayının ən yaxşı oyunçusu açıqlanıb
“Qırmızı Şeytan”ların hücumçusu üçün bu ay əlamətdar olub.
Sporline.az Championat.com-a istinadla xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund fevral ayının ən yaxşı oyunçusu seçilib.
Xatırladaq ki, Hoylundan savayı Bukayo Saka, Ole Vatkins, Fil Foden, Paskal Qross, Joao Gomes və Rodriqo Munis bu mükafat üçün mübarizə aparıblar.
Qeyd edək ki, Rasmus Hoylund fevral ayında çıxdığı 5 oyunda 4 dəfə fərqlənməyi bacarıb.