İngiltərəli baş məşqçi Səudiyyə Ərəbistanı klubu ilə müqavilə müddətini uzadıb

İngiltərəli baş məşqçi Stivın Cerrard Səudiyyə Ərəbisantı  klubu "Əl-İttifaq"la müqavilə müddətini uzadıb. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis hazırda çalışdırdığı komanda ilə müqaviləsini uzatmaq qərarına gəlib. Stivın Cerrard 2027-ci ilədək "Əl-İttifaq" klubunun baş məşqçisi olacaq. 

Qeyd edək ki, Stivın Cerrard daha öncə "Aston Villa" və "Rencers" klublarını çalışdırıb.