İngiltərəli futbolçu Səudiyə Ərəbistanı klubunun təklifini qəbul etməyib

İngiltərəli cinah hücumçusu Rahim Sterlinq Səudiyyə Ərəbistanı klubunun təklifini qəbul etməyib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 29 yaşlı sol cinah hücumçusu "Əl-Əhli" klubunun illik 300 milyon avro maaş təklifini geri çevirib.

Rahim Sterlinq Avropa klublarında çıxış etmək istədiyini və karyersını bitirməyəcəyini açıqlayıb. 

Qeyd edək ki, təcrübəli futbolçu bu mövsüm "Çelsi" forması ilə çıxdığı 30 oyunda 7 qol, 8 asistlə yadda qalıb.