İngiltərəli müdafiəçi zədə üzündən uzun müddət yaşıl meydanlardan kənar qala bilər
"Mançester Yunayted"in ingiltərəli müdafiəçisi uzun müddət yaşıl meydanlardan kənar qala bilər.
Sportline.az xəbər verir ki, Luk Şov bu gün keçirilən "Luton" "Mançester Yunayted" görüşünün ilk hissəsində zədələnərək meydanı tərk edib.
Komandanın həkimləri futbolçunun vəziyyəti ilə bağlı heç bir açıqlama verməyiblər.
Qeyd edək ki, Luk Şov bu mövsüm "Mançester Yunayted" forması ilə cəmi 14 oyunda meydana çıxıb və 1 asistlə yadda qalıb.