İngiltərəli qapıçı kariyerasını bitirəcək
İngiltərəli 36 yaşlı təcrübəli qapıçı karyerasını bitirəcəyini açıqlayıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,"Seltik" klubunda çıxış edən İngiltərə millisinin qolkiperi Co Hart mövsüm sonunda karyerasını bitirəcək.
Şotlandiya mediasında yayılan xəbərlərdə 36 yaşlı qapıçının karyerasını bitirmək istədiyi ilə bağlı xəbərlər yayılıb.
Qeyd edək ki, Co Hart karyerası ərzində 75 dəfə İngiltərə millisinin qapısını qoruyub.