İnsinye İtaliyaya qayıda bilər

"Napoli"dən Kanadanın "Toronto" klubuna keçən Lorentso İnsinye yenidən İtaliyaya qayıda bilər.

Sportline.az İtaliya mətbuatına istinadla xəbər verir ki, təcrübəli futbolçu bu dəfə "Latsio" maraq dairəsindədir. 1 ildir "Toronto"da çıxış edən İnsinyenin müqavilə müddəti 2026-cı ilə qədərdir. 

Onun dəyəri 8 milyon avrodur. İnsinye Amerikada 20 oyunda 4 qol və 4 məhsuldar ötürməyə imza atıb.