“İnter” “Atletiko Madrid” görüşündə maskalıların kimliyi bəlli oldu

UEFA Çempionlar Liqasının “İnter”-“Atletiko Madrid” oyunun diqqət çəkən məqamlarından biri matçı tribunadan maska ilə izləyən Kanye Uest olub.

Sportline.az xəbər verir ki, dünyaca məşhur reper CL-in 1/8 final mərhələsindəki “İnter”-“Atletiko” oyununu həyat yoldaşı Bianka Censori ilə birlikdə tribunadan izləyib. Kanye Uestin isə maska geyimi gecəyə damğasını vurub.

“İnter”in azarkeşi olan Kanye "Ty Dolla Sign" ilə hazırladığı son albomu “Vultures 1” - də yer alan “Carnival” və “Stars” mahnılarına "200 Curva Sud" fanatlarının  xorlarını daxil edib.