"İnter" daha bir futbolçu ilə razılaşdı

"İnter" klubu daha bir futbolçunun yazda komandaya qatılması ilə bağlı danışıqlarını yekunlaşdırıb. 

Sportline.az xəbər verir ki, İtaliya klubu polşalı dayaq yarımmüdafiəçisi Piotr Zelinskini heyətinə qatacaq. 

"İnter" klubu "Napoli" ilə danşıqları yekunlaşdırdığını və yaz ayında 29 yaşlı futbolçunun komandaya qatılacağını bildirib. 

Qeyd edək ki, "İnter" daha öncə Mehdi Tareminin də transferində razılıq əldə edib.