"İnter Mayami" argentinalı futbolçu ilə razılaşdı

"İnter Mayami" klubu argentinalı futbolçunu heyətinə qatıb. 

Sportline.az xəbər verir ki, MLS liqasında mübarizə aparan "İnter Mayami" heyətini Federico Redondo ilə gücləndirib. 

21 yaşlı yarımmüdafiəçi "Argentinos Jrs" klubundan 8 milyon avro qarşılığında transfer olunub.

Qeyd edək ki, Argentina klubu futbolçunun növbəti satışının 15%-in sahibi olacaq.