“İnter Mayami” təcili olaraq əmək haqqını azaltmalıdır
Messinin cıxış etdiyi MLS klubu büdcə kiçildilməsinə gedir.
Sportline.az “The Athletic”-ə istinadən xəbər verir ki, bu addım MLS-də təxminən 5 milyon avro olan maaş həddinə uyğunlaşmaq üçün atılır.
Həmçinin qeyd olunur ki,”İnter Mayami”nin rəhbərləri sporsorluq gəlirlərindən də qazanç əldə etməyi düşünə bilərlər.
Amerika klununa tələb olunan dəqiq məbləğ hələlik açıqlanmır.
“İnter Mayami” çox güman ki, tələblərlə ayaqlaşmaq üçün braziliyalı müdafiçi Qriqoru satacaq.29 yaşlı futbolçu Messi və Busqetslə birlikdə komandanın limitinə tabe olmayan 3 oyunçudan biridir.