"İnter Mayami"nin baş məşqçisi ulduz futbolçu haqqında danışıb

"İnter Mayami"nin təcrübəli çalışdırıcısı ulduz futbolçu haqqında açıqlama verib.

Sportline.az Matchtv.ru-ya istinadla xəbər verir ki, təcrübəli mütəxəsis :"Lionel Messi həqiqətən də çox mükəmməl futbolçudur. Onunla çalışmaq əvəz olunmayacaq bir hissdir. Qələbə qazanmaq üçün belə bir futbolçuya sahib olmaq hər məşqçi üçün çox vacibdir. Onun sayəsində məğlub olduğumuz oyunda heç-heçə edə bildik. Mən özümü şanslı biri sayıram",-deyib.

Qeyd edək ki, "Los Ancels Qalaksi" "İnter Mayami" görüşü 1-1 hesablı heç-heçə ilə başa çatıb.