"İnter" Messi üçün hərəkətə keçəcək

"İnter"in keçmiş prezidenti Massimo Moratti klubun Lionel Messinin transferini planlaşdırdığını bildirib.

Sportline.az xəbər verir ki, sabiq rəhbər açıqlamasında Milan təmsilçisinin bu mövzuda israrlı olduğunu deyib.

"Bunun qadağan olunan bir xəyal olduğunu düşünmürəm. Messinin "Barselona" ilə müqaviləsi sona yaxınlaşır. "İnter" bu transferi reallaşdırmaq arzusundadır. Koronavirusun bu məsələyə təsir edib-etməyəcəyini bilmirəm, amma ilin sonunda qəribə hadisələr görəcəyik”. Sitatın sonu.

Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsi 2021-ci ilin iyununa qədərdir.