"İnter" yenə iş başındadır

İtaliya A Seriyasında 10-cu turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, "İnter" səfərdə "Breşiya"ya 2:1 hesabı ilə qalib gəlib.

"İnter" 25 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən "Yuventus" 23 xalla 2-cidir.

"Breşiya" - "İnter" - 1:2

Qollar: Milan Şkrinyar, 78 (avtoqol) - Lautaro Martines, 23, Romelu Lukaku, 63