“İnter”in keçmiş futbolçu Leo Messini tənqid edib

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 2010-cu ildə “İnter” forması ilə Çempionlar Liqasının qalibi olan Sneyder “Qızıl Top” mükafatının Leo Messiyə verilməsini haqsızlıq adlandırıb.

O açıqlamasında “ 2010-cu ilin ən yaxşı klubu “İnter” idi. Mükafat da mənə verilməli idi. Hər zaman olduğu kimi yenə Messinin tərəfini tutdular və “Qılız Top”u o aldı. Levandovskinin mükafatını alması isə, bu haqda danışmaq belə istəmirəm",-deyib.

Qeyd edək ki, Uesli Sneyder 2010-cu ildə  “İnter”  forması ilə Çempionlar liqasında çıxdığı 11 oyunda 3 qol 6 asistlə yadda qalmışdı.